!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AY Partiya Başqanı: “Deyirdik axı, saat xeyrimizə işləyir”

!Reklam – Yazi

“Saatın bizim xeyrimizə işlədiyini deyirdik ,yazırdıq… Həmçinin, Yeni Qafqazın inşa olunduğunu yazır, efirlərdə səsləndirir, xüsusilə qeyd edirdik ki, bu binanın memarı Rusiyasız Azərbaycan və Türkiyədir! 10 dekabr – Zəfər paradını “unutmayın” dedik”.

Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

Anar Əsədli qeyd edib ki, 10 dekabr həm də Türkiyənin Ümumqafqaz təhlükəsizlik konsepsiyasının qarantı olduğunun isbatı idi.

“Bu 7 ayda durumun bizim xeyrimizə olması ilə bağlı regionda böyük dövlətlərin iqtisadi maraqlarından tutmuş, güclü hərbimizə qədər çox sayda dəlillər, arqumentlər göstərdik. İzləyənlər, oxuyanlar görmüş olarlar. Bütün bunları hər zaman bir cümlə ilə ifadə etdim: “Saat bizim xeyrimizə işləyir!” Buyurun, bu günlərin tablosuna diqqətlə baxın! Hələ bizi sevindirəcək çox tablo görəcəyik.

AY Partiya siyasi səhnədə yeni olsa da, sərgilədiyi mövqe hər zaman dövlətçi yanaşmadır, vətəndaşın hakimiyyətə olan baxışı ilə dövlətə olan baxışı arasındakı qırmızı xətti doğru şəkildə cəmiyyətə çatdıra bilməyi özünün ən başlıca məqsədlərindən biri hesab etdiyi üçün proqnozları özünü tam doğruldur.

Fərqimiz ondadır ki, partiyamız dövlətlə hakimiyyət anlayışı arasındakı fərqi düzgün göstərə bilir. Dövlətimizin əbədi, hakimiyyətlərin isə gəldi-gedər olduğunu dəfələrlə vurğulamışıq. Azərbaycan öz gənc dövlətini yeni-yeni qurmağa başlayıb. Bu quruculuq Türkiyənin regiondakı mövqelərini möhkəmlətməsiylə eyni vaxta təsadüf edir. Biz bu dövləti Türkiyəylə birgə quracağıq. Qardaş ölkəmizlə bərabər daha böyük hədəflərə, daha böyük Azərbaycana, ən əsası, günü gündən labüdləşən TURANa doğru möhkəm addımlarla irəliləyirik”, – deyə AY Partiya Başqanı bildirib.

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv