Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Ayağınızın altında ölüm..." - Ağır duruma düşən xalq artisti kimə YALVARDI?

Ağır xəstəlikdən əziyyət çəkən xalq artisti, məşhur aktrisa Lətifə Əliyeva dolanışığının ağır olduğunu deyib.

Yenicag.az xəbər verir ki, ayaqları tutulan aktrisa göz yaşları içərisində xalqa müraciət də edib:

“Yeriyə bilmirəm, ərzaq aldığım iki mağazaya borcum var, amma düşüb verə bilmirəm. İnsanlara yalvarıram, ayaqlarınızın altında ölüm, oturun evdə, çıxmayın bayıra, xəstələnməyin. Siz yaşamalısız ki, biz də yaşayaq”.

Telekanallardan incidiyini deyən aktrisa ən böyük arzusunu dilə gətirib:

“Televiziyalardan da incimişəm. Teatrda müqavilə ilə işləyirəm, amma ayaqlarıma görə işə gedə bilmirəm. Əlil arabasında da olsa, filmlərə çəkilmək istəyirəm”.

Xalq artisti bu sözləri ARB-nin “Elgizlə izlə” verilişində deyib.

Qeyd edək ki, əməkdar artist İlkin Əhmədov aktrisanı evində ziyarət edib, ona maddı dəstək olub.

Cəvahir

Loading...

www.yenicag.az

2357
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100