Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının qalıq sayı açıqlanıb.
Yenicag.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, onların ümumi sayı 1 176-dır.
Belə ki, “İcazə” blanklarının qalıq sayı Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) 135, Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) – 293, Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) – 362, Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün isə 386 təşkil edir.
www.yenicag.az