!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aynişanla Günayın Şimali Kiprə səfəri ləğv olundu – Pul yoxdur / FOTO

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Turizm və Ətraf Mühit Nazirliyinin dəvəti ilə azərbaycanlı sənətçilərin qardaş ölkəyə planlaşdırılan səfər ləğv edilib.

Yenicag.az ŞKTC mediasına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ictimaiyyət üçün açıqlamasında qeyd olunub.

Məlumata görə, Şimali Kiprin turizm sektorunun tanıdılması məqsədi ilə Azərbaycandan dəvət olunan qrupa müğənnilər Çingiz Mustafayev, Günay İbrahimli, Aynişan Quliyeva və daha 3 nəfər daxil edilib. 6 nəfərlik qrupun ŞKTC-yə səfər xərclərinin 69 min funt sterlinq (156 min 507 manat) təşkil edəcəyi bildirilirdi.

Lakin ŞKTC Nazirlər Kabinetinin dünən açıqladığı qərarda ölkədə valyuta məzənnəsinin kəskin dəyişməsi və ictimaiyyətin bu məsələyə həssaslığı nəzərə alınaraq azərbaycanlı sənətçilərin səfərinin ləğvinə qərar verirlib.

ŞKTC Turizm və Ətraf Mühit Nazirliyinin mövzuya dair yaydığı açıqlamada qərar bu formada əsaslandırılıb:

“Dünyada olduğu kimi ölkəmizdə də pandemiyanın ən çox təsir göstərdiyi sahə turizm sektorudur. Şübhəsiz, ölkə iqtisadiyyatının lokomotivi sayılan turzim sektorunun pandemiyanın təsiri ilə düşdüyü ağır mərhələ iqtisadiyyata və digər əlaqəli sahələrə təsirsiz ötüşməyib. Ölkə turizmini hərəkətləndirmək məqsədilə 2021-ci ilin avqustunda Azərbaycanın turizm sektoru təmsilçilərini adamızda qonaq etdik.

Ölkəmizin tarixi və təbii gözəlliklərini Azərbaycan xalqına daha yaxşı tanıtmaq və izah etmək üçün rəqəmsal marketinq vasitələrindən istifadə olunması qərara alınıb.

Pandemiya şəraitində bu tanıtımın daha geniş kütlələrə çatdırılması üçün ilkin mərhələdə yeni nəsil marketinq texnologiyasına əsaslanan daha təsirli və sürətli olan sosial media fenomenləri ilə nüfuzlu şəxslərin prosesə cəlb olunmaları məqsədəuyğun sayıldı.

Ancaq təqribən 3 ay əvvəl müəyyənləşdirdiyimiz və bu çərçivədə hazırlanan fəaliyyət planı valyuta məzənnəsində hədsiz artım və cəmiyyətin bu məsələdə göstərdiyi həssaslıq nəzərə alınaraq məsələ ilə bağlı Nazirlər Kabinetinin qərarının ləğvinə yönəlik prosesurların həyata keçiriləcəyini ictimaiyyətə açıqlayırıq”.

www.yenicag.az

399
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100