“Evli kişini sevməkdənsə, subay qalmaq yaxşıdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Həmin Zaur” verilişində deyib.
O, Zaurun “evli kişini sevirsə, günah qəlbindir, yoxsa qarşı tərəfin” sualını cavablandırarkən belə deyib.
Sənətçi evli kişi ilə sevgili olmağa qarşı çıxıb:
“Evli kişini sevməkdənsə, subay qalmaq yaxşıdır. Mən həddən artıq qısqanc insanam. Heç vaxt heç kimin yarına göz qoya bilmərəm. Çünki onu bölüşə bilmərəm. Mənim olan sadəcə mənim olmalıdır. Heç vaxt heç vaxt deməyim, amma elə bir şey yaşamamışam, indidən belə də Allah mənə elə bir şey yaşatmaz. Evli kişini qəbul etmərəm, çünki mən ailə qadınıyam. Hər zaman istəyirəm ailəm olsun. Kimdənsə üç gün-beş gün sevgili olum, sonra ayrılım – bu mənə görə həyat deyil. Kimdənsə münasibət quraramsa, elə onunla da ailə quraram. Buna görə də evli kişi ilə bir yerdə ola bilmərəm”.
Nehru
www.yenicag.az