“Səhnəyə çıxırıq, nə isə paylaşırıq deyə, amma bu, o demək deyil ki, rəyimiz sızlamır”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova yazıb.
Sənətçi “Instagram” hesabında video paylaşaraq, şəxsi paylaşımlarına görə onu qınayanlara səslənib:
“Mənə çox maraqlıdır, dövlət işində işləyənlər işə getmir? 4 gündür heç nə paylaşmıram. Bu gün şəkil paylaşmışam, reklam xarakterli işlərim var, öncədən yazılan toylarımız, məclislərimiz, səhnələrimiz var. Mən də ailə dolandırıram, mənim də övladım var. Necə ki, siz işləyirsiniz, eləcə də mən işləyirəm. Səhnəyə çıxırıq, nə isə paylaşırıq deyə, bu, o demək deyil ki, ürəyimiz sızlamır. Mən bayaq səhnədə idim, qol qaldırıb oynaya bilmirdim. Necə siz işləyib ailəniz üçün pul qazanıb hər şey üçün dözürsünüz, eləcə də biz. Siz ofisdə masa arxasında oturub işləyirsiniz, biz də səhnədə oxuya-oxuya işləyirik”.
Nehru
www.yenicag.az