!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azad olunmuş ərazilərə qanunsuz yollarla keçməyə cəhd göstərənlərə çağırış edildi

!Reklam – Yazi

“İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində iştirak edən şəxsləri ehtiyatlı olmağa, müəyyən olunmuş və təmizlənmiş yollardan istifadə etməyə, eləcə də xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq”.

Yenicag.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının bölük komandiri Səbuhi Sarıyev Ağdamda jurnalistlərə açıqlamasında deyib.
“Təbii ki, vətəndaşlarımızın qanunsuz yollarla işğaldan azad olunmuş ərazilərə keçməsi və ya keçməyə cəhd göstərməsi hallarına da rast gəlirik. Onlara müraciət edərək xahiş edirik ki, bu cür səfərlərdən çəkinsinlər və qanunsuz yollarla ərazilərə keçməsinlər. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar və ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməyək”, – deyə o bildirib.

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv