Azad Rəhimov: “Sübut edərsə, istefa verməyə hazıram”

media-hightechnic-468x90

11416693_977648348935971_1904464977_o“Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram”.

Yenicag.az aznews.az-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransında xarici jurnalistin korrupsiya ilə bağlı sualına cavablandırarkən deyib: “Azərbaycanın idman büdcəsi ildə təqribən 10 milyon manat təşkil edir və bu vəsait bütün idman növləri üzrə müxtəlif yarışlarda iştirak etmək üçün xərclərə, təlimlərə, idman avadanlıqlarının alınması, dərman təchizatı və digər məsələlərə sərf olunur. Avropa Oyunlarının büdcəsinə gəlincə isə büdcə 960 milyon manat idi və sonradan 1 milyarddan bir qədər çox oldu”.

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600