AZAL təyyarəsinə görə rəsmi təzminat: "Bu, Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir"

media-hightechnic-468x90

Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında baş vermiş AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin (XİN) birgə bəyanatında bildirilir.

Bəyanatda tərəflərin müttəfiqlik münasibətlərinə sadiqliyi vurğulanıb:

“Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət və etimad əsasında inkişafı, bundan sonra da mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsinə və xalqlarımızın mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək”.

Milli Məclisin deputatı Naqif Həmzəyev mövzu ilə bağlı Yenicag.az-a verdiyi açıqlamasında bu qərarı Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirib:

media-media-naqif-hemzeyev-n3hqlz-1

“Bu addım mühüm bir irəliləyişdir. Rusiya kimi böyük bir dövlətin öz hərbi strukturunun səhvini rəsmən qəbul edərək kompensasiya öhdəliyi götürməsi asan məsələ deyil. Bu, birbaşa Azərbaycanın prinsipial diplomatik mövqeyinin və yürüdülən düzgün xarici siyasətin nəticəsidir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05