Azay Quliyev ATƏT-də yenidən vəzifəyə seçildi

media-hightechnic-468x90

aa4Bu gün Helsinkidə, ATƏT Parlament Assambleyasının 24-cü yay sessiyası çərçivəsində, qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsinin (1-ci komitə) iclasında rəhbər vəzifələrə seçkilər keçirilib.

Milli Məclisdən bildiriblər ki, azərbaycanlı millət vəkili Azay Quliyev 3-cü dəfə Komitə sədrinin müavini və Assambleyanın Büro üzvü vəzifəsinə seçilib.

Eyni zamanda, Amerikalı senator Roger Viker təkrar olaraq Komitənin sədri, İsveçli Marqarita Kaderfelt isə ilk dəfə olaraq Komitənin məruzəçisi vəzifəsinə seçilib.

Xatırladaq ki, Azay Quliyev 2013-cü ildə ATƏT PA-nın İstanbulda keçirilən illik sessiyasından etibarən bu vəzifəni tutur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600