!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azay Quliyev rayon ağsaqqallarının xeyir-duasını aldı

!Reklam – Yazi

1 (1)8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün Binəqədi rayonu ağsaqqaları ilə görüşüb. Ölkədə tanınmış, eyni zamanda, rayonun  ictimai-siyasi həyatında yaxından iştirak edən ağsaqqallar qatıldığı tədbirdə rayon ağsaqqalı, deputatlığa namizədin vəkili Həmid Mehdiyev Azay Quliyevin fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Azay Quliyevin ağsaqqallarla ayrıca görüş keçirməsi, onun ağsaqqal xeyir-duasına və ağsaqqal sözünə böyük əhəmiyyət verməsinin nümunəsidir.

Azərbaycan hüquq-mühafizə orqanlarının tanınmış nümayəndələrindən olmuş Akif Rəfiyev çıxışında deputat fəaliyyətinin daha çox qanunvericiliklə bağlı olduğunu bildirərək, bu sahədə Azay Quliyevin təcrübəli  parlamentar olduğunu vurğulayıb. O, iştirakçıları seçki günü məntəqələrə gedərək Azay Quliyevə səs verməyə çağırıb.

Professor Yaqub Vəliyev Azay Quliyevin elmi işinin müdafiəsində iştirak etdiyini xatırladaraq, deputatlığa namizədə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çıxışında böyük sözünə, ağsaqqal xeyir-duasına hər zaman böyük dəyər verdiyini deyən Azay Quliyev bu görüşün seçki kampaniyasında xüsusi yeri olduğunu vurğulayıb. Qeyd edib ki, deputat seçildiyi təqdirdə, rayon ağsaqqalları ilə daha çox təmaslarının olmasına imkan yaranacaq. Və vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllində onların köməyindən yararlanacaq.

Görüşdə çıxış edən digər  ağsaqqalar da seçkidə iştirak edərək Azay Quliyevə səs verəcəklərini bildiriblər.

2 (1)Qeyd edək ki, 14 oktyabrda Azay Quliyevin seçicilərlə növbəti görüşləri – saat 17.00-da 8-ci mkr. N.Nərimanov küç. 81a ünvanında, 18.00-da isə 7 mkr. A.Kunanbayev küç, 7A saylı bunanın həyətindəki Kütləvi tədbirlər evində keçiriləcək.

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv