Azay Quliyev Respublika günü münasibəti ilə xalqı təbrik etdi
“Azərbaycan xalqı 97 il əvvəl müsəlman dünyasında ilk dəfə dünyəvi və demokratik respublika yaratdı”.
Bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.
O bildirib ki, bütün soydaşlarımız bu tarixi günlə qürur duyur: “Sizi 28 May – Respublika günü münasibətilə ürəkdən təbrik edir, müstəqil dövlətimizin müdafiəsi və möhkəmləndirilməsi işində hər birinizə uğurlar arzulayıram”.