Reklam: High Technic
hightechnic

Azərbaycan-ABŞ münasibətlərinə 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Reklam: High Technic

Los Anceles şəhərində Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Yeniçağ.Az-a verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, “Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017” sözləri qeyd olunub.

Markanın buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Yeniçağ.Az

www.yenicag.az

91