Azərbaycan ABŞ-yə aviasiya yanacağının ixracını 7 dəfə artırıb

media-hightechnic-468x90

Ötən il Azərbaycan 26,45 milyon ABŞ dolları dəyərində 26 min 970 ton aviasiya yanacağı ixrac edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 58 % azdır.

Hesabat dövründə Azərbaycan Lüksemburqa 11,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 62 % az) 13 min 898 ton (-59 %), Rusiyaya 4,6 milyon ABŞ dolları dəyərində (-64 %) 3 min 779 ton (-63 %), Türkiyəyə 3,1 milyon ABŞ dolları dəyərində (-57 %) 2 min 508 ton (-57 %), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 1,7 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 1 min 814 ton (+7 dəfə), Fransaya 1,2 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 min 284 ton (+5 dəfə) yanacaq satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 64 min 847 ton aviasiya yanacağının 52 %-i Lüksemburqun payına düşüb./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05