"Bu gün Dohada danışıqlar başlayır: Uğurlu nəticə olmayacaq, hərbi əməliyyat riski var" - ŞƏRH

media-hightechnic-468x90

“ABŞ və İran münasibətlərinə bu dəfə Dohada aydınlıq gələcək”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.

media-e92688d4-b4fb-41e0-9356-a0faddf37012

Şərhçi ABŞ-İran danışıqlarının növbəti mərhələsinin Dohada davam edəcəyini, amma uğurlu nəticə əldə olunmayacağını düşünür:

“İslamabadda memorandum imzalandı və dərhal problemlər başladı. İsrail Livanla bağlı götürdüyü öhdəliyi pozduğuna görə əsas danışıqlar bir az ləngidi. Zamanla danışıqlar yenidən başlanıldı və bir daha bu danışıqları qarşılıqlı hərbi zərbələr əvəz etdi. İran Hörmüz boğazındakı gəmilərə hücum etdi, cavab olaraq da ABŞ İrana zərbə endirdi və bu formada köhnə ritorika ilə münaqişə qaldığı yerdən davam etdi. Hazırda yenə danışıqlar aparmaq barədə razılığa gəlinib və bu gün Dohada danışıqlar başlanmalıdır. Hadisələrin gedişi göstərir ki, bu zərbələr bundan sonra da davam edəcək. Hər iki tərəf məsuliyyətsiz davranır. İki tərəf də özünü qalib elan edir, İran Hörmüz boğazından gəmilərin necə keçəcəyini müəyyənləşdirmək istəyir, gəmilərdən rüsum almaq yollarını axtarır. Razılaşmada isə boğazdan keçidin pulsuz olması göstərilir”.

Şərhçi qeyd edib ki, ABŞ da tərəf müqabili ilə eyni addımları atmaqda israrlıdır:

“Amerika da hazırda eyni davranışı sərgiləyir. İsrail də digər tərəfdən Livanın cənubundan çıxmayacağını bəyan edərək tərəflərə təzyiq göstərir. Halbuki memoranduma görə çıxmaq məcburiyyətindədir”.

Şərhçi bu səbəbləri əsas gətirərək sülh danışıqlarının uğursuz məcrada davam etdiyini bildirib:

“Bütün bunları nəzərə alıb nəticəyə gəlmək olar ki, sülh danışıqlarının uğurla başa çatmaq ehtimalı çox azdır. İran rəsmiləri bəyan edirlər ki, uranı zənginləşdirməkdən imtina etməyəcəklər. Belə ziddiyyətli mövqelər danışıqların uğurla başa çatmasına ümidləri azaldıb. Digər tərəfdən danışıqlar uğurlu keçsə və müəyyən razılaşma əldə olunsa belə, buna əməl olunacağına inam yoxdur. Bu səbəbdən güman edirəm ki, hərbi əməliyyatların davam etmə riski var və bu, danışıqlar gedə-gedə, yoxsa razılaşma əldə olunduqdan sonra başlaya bilər, bəlli deyil”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05