Şuşa bəyannaməsi və İsrail faktoru: Bakı Ankara ilə həmrəydir, bəs Təl-Əvivlə münasibətlər necə olacaq? – TƏHLİL

media-hightechnic-468x90

“İsrailin bu qərarını Ermənistan təntənəli qeyd etmədi.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

media-img_9066

Politoloq son günlər baş verən proseslərdə İsrail-Azərbaycan münasibətlərinin gələcək perspektivi haqqında danışıb:

“İsrailin qətnaməni qəbul etməsi Azərbaycan tərəfində yaxşı qarşılanmır. Bu qərarda iki məsələyə baxmaq vacibdir. Birincisi, bu qətnamənin qəbul edildiyi vaxt Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmağa doğru getdiyi və sülh müqaviləsi üçün ciddi addımlar atıldığı zamanda baş verdi. Azərbaycan ilk növbədə məsələyə bu prizmadan baxır. Diqqət etsəniz, bu məsələdə Ermənistan daha təmkinli davranır. Onlar da sülh prosesinin və Türkiyə ilə danışıqların getdiyi dönəmdə bu addımı təntənəli qeyd etmədilər. İndiki məqamda bu addım Ermənistan üçün xüsusi nəsə vəd etmir. Öncəki illərdə Ermənistanda türk xofu formalaşmışdı deyə daha həssas yanaşırdılar, amma hazırda bu yoxdur və Paşinyan hər iki türk dövləti ilə münasibət qurmaqda qətiyyətlidir.”

“Digər tərəfdən, Şuşa bəyannaməsinə görə Türkiyə Azərbaycanın müttəfiqidir. İki ölkə bir-birinə qarşı atılacaq addımlara dəstək verməlidirlər. İsrail isə bizim strateji tərəfdaşımızdır və bizim üçün mühüm ölkədir. Hər bir halda, İsrail bizim üçün Türkiyə deyil. İsrail və Türkiyə müharibəyə girəcəyi təqdirdə yardım edə biləcəyimiz iki dövlətdir. Bu baxımdan, bu məsələ Azərbaycan tərəfindən xoş qarşılanmır, amma Azərbaycanın reaksiyası da şiddətli deyil. Azərbaycan İsraili hədəfə gətirmək, İsraillə münasibətlərə ciddi zərbə vurmaq məcburiyyətində də deyil. Qeyd edək ki, bu günlərdə Azərbaycan və ABŞ münasibətləri də kəskin inkişaf edir.”

Politoloq qeyd edib ki, Azərbaycan İsraillə köklü münasibətlərə malikdir:

“Azərbaycan İsraillə köklü və daimi münasibətlərə malikdir. Ümumiyyətlə, Azərbaycanın məsələlərə baxış tərzi radikal yanaşma sərgiləmir. Azərbaycan belə məsələlərə daha dərin və daha praqmatik yanaşma sərgiləyir. İndiki məqamda da Azərbaycan emosional addım atmayaraq XİN səviyyəsində bəyanat verdi. Bu bəyanatla rəsmi Ankara ilə həmrəy olduğumuzu, eyni zamanda Təl-Əvivə bu mövzunun bizim üçün həssas olması mesajını vermişik. Bundan sonrakı mərhələdə də İsraillə hər hansı düşmənçilik və ya aqressiv mövqe sərgiləməyəcəyik. Azərbaycan həmişə olduğu kimi İsrail ilə Türkiyə arasındakı pərdəarxası diplomatik aktor, vasitəçi ölkədir. Bu vasitəçiliyin sıradan çıxmasına icazə verə bilmərik. Azərbaycan və İsrail münasibətlərinin pisləşməsi yalnız düşmənlərimizin işinə yaraya bilər. Ona görə də, bizim İsrailə baxışımız Türkiyədən fərqlidir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05