!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan ayrı-seçkilikdən azad bir cəmiyyət üçün parlaq nümunədir" - Elmar Məmmədyarov

!Reklam – Yazi

“Azərbaycan həmişə öz adından mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi və inkişafına töhfə verməyə çalışıb. Bütün etnik və dini qruplar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin İllik əlaqələndirmə yığıncağında çıxışı zamanı deyib.

“Biz Müxtəlif dinlərin, millətlərin və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşma yaratmaq məqsədilə, bir çox tədbirlərə ev sahibliyi etdik. Mədəniyyət və din fərqlərinə əsaslanan ayrı-seçkilikdən azad bir cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun parlaq nümunəsidir”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülən və onun rəhbərliyinin himayəsi altında həyata keçirilən Bakı prosesi müsəlman dünyası ilə Avropa arasında dialoqun, tərəfdaşlığın və əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verib.

“Bu il həmin təşəbbüsün 10 illiyini qeyd edilir və bu münasibətlə bir sıra tədbirlər, o cümlədən 25-26 oktyabr tarixlərində Bakıda yüksək səviyyəli 6-cı Humanitar Forum keçiriləcək”, – deyə E.Məmmədyarov qeyd edib.

www.yenicag.az

1529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv