Suriya, Liviya, Qafqaz – Moskva və Ankara kritik məsələləri MASAYA QOYACAQ
“Proseslərin diplomatik kanallar vasitəsilə həll edilməsi vacibdir və münasibətlərin bu çərçivədə davam etməsi hər iki tərəf üçün daha faydalıdır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.
O, Rusiya və Türkiyə XİN rəhbərləri arasında planlanan görüşün mümkün əsas müzakirə mövzusu barədə fikirlərini səsləndirib.
Analitik bildirib ki, müzakirə masasında kifayət qədər çox məsələlər mövcuddur:
“Elə ən son hadisələrdən başlasaq, bu günlərdə Türkiyədə keçirilən Rusiya-Ukrayna danışıqları müzakirənin əsas hissəsini təşkil edəcək. Lakin onların gündəliyində daha geniş və vacib məsələlər mövcuddur. Bu məsələlərin içində Suriya və Liviyadakı, həmçinin Qafqaz bölgəsindəki vəziyyət, Qara dənizdəki proseslər və digər regional əməkdaşlıq məsələləri xüsusi yer tutur. Çünki geosiyasi əhəmiyyət kəsb edirlər və belə məsələlər regional əməkdaşlıq və təhlükəsizlik baxımından vacibdir. Qısacası, proseslərin diplomatik kanallar vasitəsilə həll edilməsi vacibdir və münasibətlərin bu çərçivədə davam etməsi hər iki tərəf üçün daha faydalıdır”.
Nəsimi Ələsgərli