Azərbaycan çay ixracını artırıb, idxalını isə azaldıb

media-hightechnic-468x90

Bu ilin yanvar ayında Azərbaycan 61 ton çay ixrac edib.

Yenicag.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 570 min ABŞ dolları təşkil edib.

media-banner_tkm

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 10,3 ton (19,9 %), dəyər baxımından isə 99 min ABŞ dolları (20,9 %) çoxdur.

Hesabat dövründə çay ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.

Bundan əlavə, yanvar ayında Azərbaycan 5 milyon 333 min ABŞ dolları dəyərində 766 ton çay idxal edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 2 milyon 835 min ABŞ dolları (34,7 % az), həcm baxımından isə 533 ton (41 %) azdır.

Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05