Azərbaycan diasporu B.Saakyanın səfəri ilə bağlı müraciət qəbul edib

media-hightechnic-468x90

show_image (1)Azərbaycanın Fransadakı diasporu erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilmiş və hazırda Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərindəki təcavüzkar-separatçı rejimin rəhbəri Bako Saakyanın Parisə səfəri ilə əlaqədar müraciət qəbul edib. Bu ölkədə yaşayan azərbaycanlılar adından hazırlanmış müraciət Burq Le Valans şəhərinin meriyasına, Region departamentinin prezidenti Didier Guillauma, Fransa parlamentinə və senatına təqdim olunub.

Sənəddə separatçı rejimin rəhbəri Bako Saakyanın səfərinin beynəlxalq hüququn normalarının pozulması olduğu vurğulanaraq, belə halların Fransa ilə Azərbaycan arasında mövcud dostluq, anlaşmaya kölgə sala biləcəyi qeyd olunub. Müraciətdə Fransanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıdığı və dəstəklədiyi xatırladılır və bildirilir ki, Burq Le Valans şəhər merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejimlə “Dostluq haqqında bəyanat” imzalaması hüquq normalarına ziddir.

Daha sonra müraciətdə 1988-ci ildə başlanan münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi torpağının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bir milyona yaxın Azərbaycan vətəndaşının öz doğma torpaqlarından didərgin salınması, 20 mindən çox azərbaycanlı qətlə yetirilməsi, Xocalı soyqırımı, Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində ağlasığmaz təhqir və işgəncələrdən əziyyət çəkən 4 mindən artıq azərbaycanlının taleyinin indiyədək hələ naməlum qalması barədə ətraflı məlumat verilir.

Fransadakı azərbaycanlıların müraciətində daha sonra bildirilir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən pislənsə də, işğalçı ölkə dünya birliyinin tələb və çağırışlarına etinasızlıq göstərməkdə davam edir. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində öz əksini tapmış erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılmasına dair tələblər bu günə qədər yerinə yetirilməmiş qalır.

Fransadakı Azərbaycan diasporu ümid edir ki, münaqişənin sülh yolu ilə həll olunmasıda vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa beynəlxalq hüquq normalarından çıxış edəcək, Avropanın yanında yer almış bir dövlətin etibarını Avropanın qarşısında olanlarla bir sırada dayanan Ermənistana qurban verməyəcək: “Bu həm də ona görə qəbuledilməzdir ki, Azərbaycan öz müstəqillik tarixi ərzində hər zaman Avropanın etibarlı tərəfdaşı olduğunu təsdiqləyib. Biz buna Ukryana böhranı zamanı bir daha şahid olduq. Lakin buna baxmayaraq, Ukrayna ilə bağlı hadisələrdə Avropanın maraqlarına qarşı çıxan Ermənistanın və onun dəstəklədiyi separatçı bir rejimə Avropanın aparıcı ölkəsi olan Fransanın belə mehribancasına qucaq açması, eyni zamanda daim Avropanın maraqlarından çıxış edən Azərbaycanı ciddi şəkildə narahat edən addımlar atması anlaşılmazdır” – Fransadakı Azərbaycan diasporunun müraciətində belə deyilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600