!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan diasporunun lideri rüşvət üstündə tutuldu

!Reklam – Yazi

zzzz1ertghAbışov 6 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Rusiyanın Mordoviya respublikasında böyük məbləğdə fırıldaqçılığa cəhddə ittiham edilən prokurorluq orqanlarının təqaüdçüsü məhkəmə qarşısına çıxacaq.

İstintaqın versiyasına görə, Ümumrusiya azərbaycanlılar konqresinin yerli şöbəsinin rəhbəri Yaşar Abışov ona yardım üçün müraciət edən insanların pullarını mənimsəmək istəyib.

Sabiq prokuror işçisinə bir xanım müraciət edərək, ondan tanışının həbsxanadan şərti növbədən kənar azad edilməsi üçün yardım istəyib. Abışov təqaüdə çıxmazdan öncə Mordoviyanın cinayət cəzalarının icraatına nəzarət üzrə prokurorluqda baş köməkçi vəzifəsində çalışıb. Qadın düşünüb ki, təqaüdçünün əlaqələri var.

Sabiq prokurorluq işçisi vəziyyətdən istifadə etməyi qərara alır. Bununla yanaşı, istintaq iddia edir ki, o, həmin şəxsin azad edilməsinə yardım edə bilməzdi. Buna baxmayaraq “yardımı” üçün 300 min rubl istəyib.

Bu xəbərləri “vasitəçi” həbsdə olana çatdırıb. O isə qadının və sabiq prokuror işçisinin söz verilən yardımı göstərmədən pula sahib çıxmaq istədiklərindən şübhələnib və Federal Təhlükəsizlik Xidmətinin idarəsinə bildirib. Mayın 28-də qadını sözügedən məsələni həll etmək üçün nəzərdə tutulan pulu alarkən saxlayıblar.

“Vasitəçi” bu pulları Abışova verməyə hazırlaşdığını bildirib. Əməliyyatçıların nəzarəti altında Saranskda Voroşilov küçəsində təqaüdçü ilə görüşüb. Söhbət zamanı təqaüdçü məbləği 330 min rubla qədər qaldırıb və 250 min rublu alan yerdə FTX əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işi Leninski rayon məhkəməsinə verilib.

Mühakimə edilən günahını etiraf etməyib(oxu).

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv