Azərbaycan diplomatiyasının UĞURU: Minsk qrupu tarixə NECƏ GÖMÜLDÜ?

media-hightechnic-468x90

“ATƏT-in Minsk qrupu tarixin qaranlıq səhifəsinə yuvarlandırıldı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

media-hikmet-babaoglu

Millət vəkili ATƏT-in Minsk qrupunun ləğv edilməsini şərh edərək bu qərarın Azərbaycan üçün tarixi qərar olduğunu qeyd edib:

“ATƏT-in Minsk qrupunun ləğv edilməsi sülhə gedən yolda daha bir maneənin aradan qaldırılması hadisəsi oldu, amma bu özü özlüyündə isə daha böyük hadisədir. Çünki bu təşkilat fəaliyyəti boyu ermənipərəst mövqedən çıxış etməklə daim ermənilərin mövqeyini müdafiə etdi, status-kvonu qorumağa çalışdı. Məsələ ondadır ki, belə bir qurumun bundan sonra fəaliyyətini davam etdirməsi sülhə gedən yolda böyük təhdiddir. Ona görə ki Ermənistanda radikalların, revanşistlərin təzyiqi artdıqca və təşkilatlandıqca, onlar yenidən Minsk qrupuna müraciət edib yenidən o təşkilatı vasitəçi qismində görməyə çalışa bilərdilər. Bu arqument artıq onların əlindən alındı və ən əsası isə ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun bu zamana qədər qəbul etdiyi qərarlar da qüvvədən düşmüş hesab edildi. Bu təşkilat tarixin qaranlıq səhifələrinə yuvarlandırıldı. ATƏT-in Minsk qrupu hər bir azərbaycanlıda mənfi emosiya doğuran qrup idi. Fəaliyyəti ilə Azərbaycan xalqının dərin narazılığını qazanmışdı”.

Deputat ATƏT-in Minsk qrupunun ləğvinin Azərbaycan diplomatiyasının uğuru olduğunu diqqətə çatdırıb:

“Sülhə gedən yolda son maneə Ermənistan konstitusiyasında dəyişikliklər edilməsidir və mənə elə gəlir ki, Paşinyan dünənki açıqlamasında da bu məsələyə toxundu. Yavaş-yavaş ictimai rəyin real əsaslarda formalaşması üçün Paşinyan üstüortülü, bəzən də çox açıq mesajlar verir. Beləliklə, Ermənistan ictimaiyyətini konstitusiya dəyişikliklərinə hazırlayır və ümid edirik ki, çox uzaq olmayan gələcəkdə bu məsələ öz həllini tapar”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa