!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan dövlət rüsumları üzrə “E-Bildiriş”ə xidmət haqqı təyin edib

!Reklam – Yazi

 

 Milli Məclis bu gün keçirilən iclasında “Dövlət rüsumu” haqqında qanuna təklif olunan dəyişiklikləri müzakirə edərək qəbul edib. Dəyişikliyə əsasən, dövlət rüsumlarının ödənilməsi üçün tətbiq edilən “e-bildiriş” sisteminə görə xidmət haqqı tutulacaq.

Yenicag.az xəbər verir ki, yeni qanuna görə, hər bir dövlət rüsumu üzrə təqdim edilən “e-bildiriş” üçün 0,02 manat məbləğində xidmət haqqı ödəniləcək. Bu vəsait, müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək.

Xidmət haqqından istifadə qaydaları, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.

Dəyişikliyə dair qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Bu islahat, dövlət rüsumlarının ödənilməsi prosesinin elektronlaşmasını və büdcə idarəçiliyində şəffaflığın artırılmasını hədəfləyir.

Məsimə Məmmədova

www.yenicag.az

101
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv