!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan əsgərinə qarşı TERROR TƏXRİBATI - "Rusiya sülhməramlıları bunun üçün zəmin yaradır" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Rusiya sülhməramlıları o qədər başına buyruq davranır ki, açıq terror aktını törədən şəxsi erməni tərəfinə təhvil verib. Sülhməramlılar terrorçu ilə əlbir kimi davranır”.

Bu fikri Azərbaycan əsgərinə qarşı törədilən terror aktı və nəticədə Laçın dəhlizində aparılan yoxlamalarda qüsurların aşkar olunmasına münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya sülhməramlıları terror və təxribat üçün zəmin yaradır:

“Laçın dəhlizindən keçən hər bir avtomobil çox ciddi şəkildə sülhməramlılar tərəfindən yoxlanmalıdır. Yol boyu sülhməramlıların xeyli sayda blokpostları var. Onlar səthi yoxlama aparmamalıdırlar. Komendant postunun təşkili haqqında əsasnamə var. Həmin əsasnaməyə əsasən. onların ilk növbədə vəzifəsi diversiya qrupunun keçməsinin qarşısını almaqdır. Şuşada baş verən isə nəinki diversiyadır, hətta terror aktıdır. Postun ikinci vəzifəsi isə aidiyyati olmayan şəxsləri postdan buraxmamaqdır. Ancaq onu buraxıblar, bu da yolverilməz idi. Üçüncü məsələ isə avtomobillər xüsusi aparatlarla, güzgülərlə yoxlanılmalıdır.

Görünən odur ki, sülhməramlıların komendant postları yoxlama aparmır. Yoxlamalar aparılırsa da, keyfiyyətsiz aparılır. Hesab edirəm ki, terror aktı zamanı əsgərlərimiz silah işlətməli idilər. Rusiya sülhməramlılarının həmin terrorçunu saxlayaraq erməni separatçılarına təhvil verməsi də, onların niyyətlərinin göstərgəsidir. Birbaşa terror aktı törədilib və Azərbaycan əsgərinə qarşı. Onu ruslar yox, Azərbaycan tərəfi həbs etməli idi”.

Ermənistanın müdafiə naziri dəyişməsinə gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Paşinyan sülhü pozmaq istəmir. Ancaq Ermənistanda Sərkisyan və onun ətrafındakılar təxribat yaratmaq istəyirlər. Görünür ki, Arşak Karapetyan da Sərkisyanla əlbir olub. Sərkisyan və Köçəriyanın Xankəndinə gəlməsi, o ərəfədə Karapetyanın Qarabağa səfəri təsadüfi sayıla bilməz. Onlar Qarabağdan gedəndən sonra gərginlik artmağa başladı. Hesab edirəm ki, Paşinyan özünə qarşı təxribat hiss etdi və naziri vəzifəsindən azad etdi. Digər versiya da o ola bilər ki, Karapetyan sərhəddi qoruya bilmədiyi üçün işindən azad edilib. Ancaq birinci versiya daha inandırıcıdır”.

Səxavət Məmməd

www.yenicag.az

1088
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv