“Azərbaycan göstərdi ki, Rusiya ilə münasibətlərdə də düzgün addım atır” – ŞƏT-dən sonra NƏ OLACAQ?

media-hightechnic-468x90

“Azərbaycanın dövlət olaraq avtoriteti artır”.

Bu fikri Şanxay Əməkdaşlıq Təşkilatı toplantısı (ŞƏT), Azərbaycanın Qərb və Şərqlə müsbət əlaqələri və gözlənilənləri Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

media-zelimxanmemmedli1

O, bildirib ki, Rusiyanın yanında olmaq bataqlıqdır:

“Vaşinqtondakı görüşdən və razılaşamadan sonra Azərbaycanın siyasi oriyentasiyasında bir müəyyənlik var. Qərblə yanmış körpüləri bərpa etmək və Türkiyənin olduğu məkana interqasiya etməkdir. Hesab edirəm ki, bu oturuşmuş siyasətdir. Eyni vaxtda Azərbaycan çoxvektorlu siyasət yürütməyi davam edir. Azərbaycan öz maraqlarına uyğun olaraq addımlar atır”.

Onun sözlərinə görə, Çindən daşınan yüklərin böyük hissəsi Azərbaycan və Ermənistan ərazisindən keçəcək:

“Bu hər iki ölkəyə dəstək verəcək. Çinlə bağlanmış strateji saziş də Azərbaycana şanslar verəcək. Həm də Azərbaycanın dövlət olaraq avtoriteti artır. Hindistan Azərbaycanın ŞƏT-ə üzv olmasında veto qoyub. Bunu hətta müsibət dəyərləndirirəm. Bu, o deməkdir ki, Azərbaycanı dövlət olaraq qəbul edirlər, onu güc hesab edirlər, Pakistan, Azərbaycan, Türkiyə birliyi ilə hesablaşırlar”.

Z. Məmmədlinin fikrincə, Azərbaycan göstərdi ki, Rusiya ilə münasibətlərdə də düzgün addım atır. Rusiyanın yanında olmaq bataqlıqdır:

“Azərbaycanın həm siyasi elitası, həm də cəmiyyəti siyasi asılılıqdan çıxır. ŞƏT-dan ən çox mənfəət əldə edəcək dövlətlər, Azərbaycan və Türkiyədir. Gələcəkdə Pakistan, Türkiyə və Azərbaycan birliyi çox ciddi inkişaf yolu keçəcək”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa