!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

““Azərbaycan Hava Yolları” şirkəti monopolist bir qurumdur” - MÖVQE

!Reklam – Yazi

“Hər hansısa belə tədbir və qiymətləndirmələri həyata keçirən zaman keyfiyyət göstəriciləri konkret olaraq kriteriyalar və müəyyən meyarlar əsasında ölçülür”.

Bu sözləri AZAL-ın tənqidlər və narazılıqlar fonunda 12-ci dəfə “World Airlines Awards 2023” mükafatını qazanmasına münasibət bildirən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında qeyd edib.


O, həmçinin qeyd edib ki, AZAL mükafatı təsis edən beynəlxalq təşkilatın saytındakı reytinq göstəricilərinə görə 50-ci yerdə qərar tutmasına baxmayaraq, postsovet ölkələri arasında ilk yerdədir:

“Ümumiyyətlə, Azərbaycan Hava Yollarında qiymət və xidmət keyfiyyəti dünya standartlarına tam uyğun deyil. Təyyarədə verilən yeməklərin, kabin personalının və digər xidmətlərin keyfiyyəti bir çox ölkədən geridə qalsa da, Azərbaycan pilotlarının peşəkarlığı Avropada, eləcə də dünyada məşhurdur. Həmçinin xidmət standartlarına görə Türkiyə, Qətər və digər hava yolları şirkətləri ilə müqayisədə o qədər də yüksək səviyyədə deyil. Konkret olaraq hər birimiz bilirik ki, bu qurum dövlət tərəfindən dotasiya olunan təşkilatdır. Həm də qiymətləri çox bahadır. Eyni zamanda qeyd etmək lazımdır ki, monopolist bir aviaşirkətdir.
Hər hansısa belə tədbir və qiymətləndirmələri həyata keçirən zaman keyfiyyət göstəricilərini konkret olaraq kriteriyalar və müəyyən meyarlar əsasında ölçülür. Sözügedən meyarları ölçən zaman müəyyən reytinq cədvəli ortaya çıxır. Bu cədvəldən söz açdıqda söyləmək lazımdır ki, adıçəkilən mükafatla hər il dünyanın aparıcı aviaşirkətlərinin qiymətləndirilməsi aparılır. Qeyd edilən mükafat “Skytrax” şirkəti tərəfindən təqdim olunub. Bu özəl bir nominasiya olduğu üçün hava yolları istiqamətində konkret olaraq konsaltinq fəaliyyəti həyata keçirən beynəlxalq təşkilat – “World Airline Awards” tərəfindən həyata keçirilir. Həmin təşkilatın müvafiq saytında qeyd edilən nominasiyalar üzrə siyahılar dərc edilmişdir. Siyahıya nəzər salsaq, reytinqdə “Azərbaycan Hava Yolları” şirkəti 50-ci pillədə qərarlaşır. Belə ki, Sinqapur, Qətər, Türkiyə, Braziliya, digər ərəb və körfəz ölkələrinin aviaşirkətləri ön sıradadır. Təsəlliverici məqam ondan ibarətdir ki, bu nominasiya üzrə postsovet ölkələri arasında ilk yeri tutub. Bu da regional nominasiya hesab olunur”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

935
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv