Çeçenistan rəhbəri Ramzan Kadırov təyyarə qəzasında zərərçəkənlərə və onların ailələrinə maddi yardım ayrılması barədə göstəriş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Telegram kanalları məlumat dərc edib.
Lakin Azərbaycan Prezident Administrasiyası bundan imtina edib:
“Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir” – deyə PA cavabında qeyd edib. /unikal
www.yenicag.az