!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır

!Reklam – Yazi

Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsasən, koronavirus (COVİD – 19) pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir. Mütəxəssislər bu xəstəliyin sürətlə və geniş yayıldığını nəzərə alaraq, COVID-19-la bağlı testlərin keçirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edirlər. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək və onarın kontaktda olduğu şəxsləri müəyyənləşdirmək mümkündür.

Yenicag.az xəbər verir ki, hazırda Azərbaycan Respublikasında həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək, tibb müəssisələrinə təhvil verilib.

Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulmuş, onlar həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.

Aprelin 7-nə olan məlumata əsasən, ölkədə COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Bu rəqəm müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir.

Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risk qrupları-yaşlılar, immunosupresiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikasnın artması müşahidə ediləcək.

Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir./Trend/

Koronavirus (COVID-19) infeksiyasına dair

MÜQAYİSƏLİ TƏHLİL CƏDVƏLİ

Ölkə Yoluxma hallarının ümumi sayı Ölüm hallarının ümumi sayı 1 milyon əhaliyə yoluxma sayı 1 milyon əhaliyə ölüm hallarının sayı Müayinələrin ümumi sayı 1 milyon əhaliyə müayinə sayı
Azərbaycan 717 8 71 0.8 53,300 5,262
Avstriya 12,109 220 1,344 24 111,296 12,357
İtaliya 128,948 15,887 2,133 263 691,461 11,436
Almaniya 100,132 1,584 1,195 19 918,460 10,962
Belçika 20,814 1,632 1,796 141 70,000 6,040
Finlandiya 2,176 27 393 5 32,800 5,920
Niderland 18,803 1,867 1,097 109 75,415 4,401
Fransa 92,839 8,078 1,422 124 224,254 3,436
Böyük Britaniya 47,806 4,934 704 73 195,524 2,880
ABŞ 336,851 9,620 1,018 29 1,772,369 5,355
İran 60,500 3,739 720 45 186,000 2,214
Türkiyə 27,069 574 321 7 181,445 2,151
Rusiya 6,343 47 43 0.3 758,000 5,194
Belarus 700 13 74 1 40,000 4,233
Ukrayna 1,319 38 30 0.9 5,864 134
Qazaxıstan 629 6 33 0.3 5,093 271
Ermənistan 833 8 281 3 4,929 1,663
Gürcüstan 188 2 47 0.5 2,762 692

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv