Azərbaycan Kubokunda 1/4 finalın cütləri məlum oldu

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, 1/8 final mərhələsinin bu gün keçirilən iki oyunundan sonra “Qarabağ” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.

Hər iki görüşdə Premyer Liqa təmsilçiləri qələbə qazanıb. “Keşlə” “Qaradağ Lökbatan”ı 2:1, “Sabah” isə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

İlk oyun günündə isə “Səbail” səfərdə “Zaqatala”nı 3:1, “Qəbələ” isə MOİK-i 2:1 hesabı ilə məğlub etmişdi.

1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 12-13 fevralda baş tutacaq. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.

Azərbaycan kuboku

1/4 final

Qarabağ – Keşlə

Neftçi – Sabah

Zirə – Səbail

Sumqayıt – Qəbələ

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600