Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Yenicag.az xəbər verir ki, respublikanın əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev ömrünün 77-ci ilində vəfat edib.
Qeyd edək ki, Şirin Rzayev 1942-ci il aprel ayının 25-də Gəncə şəhərində anadan olub.
1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor-dirijorluğu fakültəsini əla diplomla bitirib.
1968-1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir.
1969-cu ildə Gəncədə ilk dəfə Simfonik Orkestr yaradan Şirin Rzayev onun baş dirijoru kimi 1980-ci illərin sonunadək fəaliyyət göstərib.
Allah rəhmət etsin./Unikal.org/
www.yenicag.az