Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
Rusiya ötən gecə ərzində Ukraynanın 660 dronunu vurub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə sistemləri Belqorod, Bryansk, Kursk, Oryol, Kaluqa, Lipetsk, Rostov, Voronej, Tula, Ryazan, Həştərxan vilayətləri və Moskva vilayəti, Krım Respublikası və Qara və Azov dənizləri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 660 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Eyni zamanda Rusiya MN bu gün Moskva vaxtı ilə saat 07:00 ilə 09:00 arasında HHM sistemlərinin Belqorod, Bryansk, Kursk, Kaluqa, Rostov, Voronej, Tula, Ryazan vilayətləri və Moskva vilayəti üzərində 46 Ukrayna PUA-sının vurduğunu açıqlayıb.













