!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan mediası karantin rejimində necə çalışır? - Əflatun Amaşovdan QİYMƏTLƏNDİRMƏ

!Reklam – Yazi

“Siyasi yönündən asılı olmayaraq, bütün media orqanları üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan mediasının mövcud karantin rejimində həyata keçirdiyi fəaliyyəti qiymətləndirən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Mətbuat Şurası sədrinin fikrincə, ölkə mediası indiki şəraitdə öz işinin öhdəsindən layiqincə gəlir:

“Baş verən proseslərin işıqlandırılmasında, o cümlədən, oxucular arasında maarifləndirmə işinin aparılmasında mətbuatın rolu danılmazdır. Ümumi qiymətləndirmə aparsaq, deyərdim ki, siyasi yönündən asılı olmayaraq, bütün media orqanları bu sahədə üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər.

Eyni zamanda, əlaqədar qurumlarla mətbuatın onların fəaliyyətinə yanaşmasını müzakirə edib, dəyərləndiririk. Bildirim ki, KİV bu dönəmdə öz fəaliyyətini yüksək səviyyədə qurub”.

Əflatun Amaşov qeyd edib ki, jurnalistlər indiki şəraitdə xəbər istehsalı ilə yanaşı, öz sağlamlıqlarını qorumalıdırlar:

“Bununla bağlı KİV rəhbərlərinə öz tövsiyyələrimizi veririk. Fürsətdən istifadə edib, sizə təşəkkür edirəm, minnətdarlığımı bildiririrəm. “Yeni Çağ” xüsusilə bu dönəmdə cəmiyyətin maariflənməsində mühüm rol oynayır. Azərbaycan jurnalistlərinə göstərdikləri fəaliyyətə görə təşəkkürümü çatdırıram”.

Səxavət Məmməd

www.yenicag.az

945
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv