Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış etdilər

media-hightechnic-468x90

Gürcüstanın Tsxaltubo şəhərində Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO 2024) keçirilib.

Təhsil İnstitutundan Yenicag.az-a bildirilib ki, Azərbaycan məktəbliləri bu olimpiadada uğurla çıxış edərək 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Nəticələrə əsasən, Türkiyə Dəyanət Vəqfi – Bakı Türk liseyinin 11-ci sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin 9-cu sinif şagirdi Zəhra İbişova və Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova həvəsləndirici mükafata layiq görülüblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600