Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

media-hightechnic-468x90

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Kamalov Bahadur Məhəmməd oğlu Kəlbəcər rayonunda dəfn olunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Zar kəndində keçirilən vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Bahadur Kamalov 1937-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. O, 1993-cü il aprelin 5-də Murovdağ silsiləsində itkin düşüb./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05