“Azərbaycan mifləri reallığa çevirən ölkədir”

media-hightechnic-468x90

2015-06-02-17-34-0933333333333“Müasir Azərbaycan bütün yeni qlobal ideyaların və təşəbbüslərin müəllifidir, mifləri, nağılları reallığa çevirən ölkədir”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Latviyanın “Focus” saytında yer alan məqalədə deyilir.

Yazıda qeyd olunur ki, Azərbaycan dünya və Avropa tarixinin sülh və əməkdaşlıq prinsiplərini təbliğ edən yeni səhifəsidir: “Kənardan bu sözlər 25 il əvvəl Sovet İttifaqının tərkibindən çıxmış, tam müstəqil olmuş bir ölkə üçün çox şişirdilmiş görünə bilər. Azərbaycan ilk baxışdan seviləcək bir ölkədir. Geosiyasi baxımdan Cənubi Qafqaz hər zaman qlobal və regional dövlətlərin mübarizə apardığı bir region olub. Ancaq potensial vassal kimi qəbul olunan qonşularından fərqli olaraq Azərbaycan bu kimi yanaşmaları qəbul etmir və bütün dünya ölkələri ilə bərabərhüquqlu münasibət qurur. Təbii ki, bu nailiyyətləri ölkə tez bir zamanda əldə etməyib. Güclü əməyin və Avropaya inteqrasiya prinsipinə tam sadiqliyin nəticəsi olaraq bu gün bu ölkə özünün qəti, sabit və ən əsası demokratik ictimai-siyasi durumu ilə qürurlana bilir”.

Məqalədə qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, gəlirli və cəlbedici iqtisadiyyatlardan biridir: “Statistikaya görə, son 18-20 ildə ölkə iqtisadiyyatına 100 milyard dollardan çox investisiya cəlb olunub. Müasir Azərbaycandan danışarkən ölkənin inkişafında neft sektorunun rolunu qeyd etməmək mümkün deyil. Bu gün Azərbaycan Avropanın vacib enerji tərəfdaşlarından biri hesab olunur və bu qitəni neftlə təmin edir. Bunun üçün strateji əhəmiyyətə malik Bakı-Tiflis-Ceyhan neft kəməri tikilib ki, bu da XX əsrin mühüm layihələrindən biri hesab olunur”.

Yazıda son illərdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun önə çıxdığı qeyd olunur. Bundan başqa tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları sahələrindəki inkişafdan bəhs olunur, habelə Azərbaycanın qədim dövrlərdən İpək yolunun vacib dayanacaqlarından biri hesab olunduğu önə çəkilir: “Demokratik, iqtisadi, sosial və digər sahələrdəki bu nailiyyətlər Azərbaycanın bütün sahələrdə, o cümlədən idman sahəsində beynəlxalq mövqeyinin möhkəmlənməsinə səbəb olub. 12 iyun tarixində Bakı şəhərində I Avropa Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycan artıq dünya idmanı tarixində yeni səhifə açan ölkəyə çevrilib. Bu oyunların keçirilməsi Azərbaycana həm də ona görə vacibdir ki, bununla bütün Avropa ictimaiyyəti Azərbaycan ictimaiyyətinə özünün dərin hörmət və etibarını ifadə edib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600