Azərbaycan-Moldova Gənclər Forumunun təşkilatçıları Moldova Azərbaycanlıları Konqresini ziyarət etdi - FOTO

media-hightechnic-468x90

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili ilə bağlı Moldovada səfərdə olan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və “Davam” Gənclər Hərəkatının İdarə Heyyətinin sədri Nihad Allahyarlı Moldova Azərbaycanlıları Konqresini (MAK) ziyarət edib.

Qonaqları salamlayan Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov diaspor fəaliyyətinə Azərbaycanın vətəndaş cəmiyyətinin və medianın dəstəyinin vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqlarını gücləndirdiklərini bildirən MAK sədri  hər zaman birgə layihələrə önəm verdiklərini qeyd edib.

Görüşdə çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki, Moldovadakı  Azərbaycan diasporasının fəaliyyətlərini məmnuniyyətlə izləyir. “Qürbətdə yaşamağın və diaspor fəaliyyəti ilə məşğul olmanın nə qədər məsuliyyətli, nə qədər çətin və nə qədər önəmli olduğunu yaxşı bilirəm” deyən Aqil Ələsgər hərtərəfli media dəstəyi verməyə hazır olduqlarını bildirib.

“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı diaspor təşkilatlarının xüsusi önəmini vurğulayaraq Moldovada yaşan gənc soydaşlarımız və yerli gənclər təşkilatları ilə daha sıx və işgüzar münasibətlər qurmağa maraqlı olduqlarını bildirib. Sonda N.Allahyarlı “Davam” Gənclər Hərəkatı və Moldova Azərbaycanlıları Konqresinin birgə həyata keçirə biləcəyi layihələr haqqında təkliflərini səsləndirib. Görüş qarşılıqlı müzakirələrlə davam edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa