Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır - VİDEO TƏHLİL

“Caliber” layihəsi ölkəmizin müdafiə və təhlükəsizlik siyasəti ilə bağlı xüsusi təhlilini təqdim edib.

Bu barədə video layihənin “YouTube” kanalında yerləşdirilib.

Müəllif Azərbaycanın növbəti – 2021-ci il üçün hərbi xərcləri artırmasına toxunaraq büdcədən ayrılan vəsaitin əsasən hansı sahələrə xərclənəcəyinə diqqət çəkib.

Təhlildə ilk növbədə hərbi arsenalın, konkret olaraq 44 günlük müharibə dövründə istifadə edilən hərbi texnikanın komplektləşdirilməsindən söhbət açılıb.

Qeyd olunur ki, ölkəmiz üçün Vətən müharibəsinin bir günü 75-100 milyon manata başa gəlib:

“Məhz bu baxımdan texniki itkilər bərpa olunmalı, silah ehtiyatlarımız doldurulmalıdır”

Üstəlik bölgədəki vəziyyətin qeyri-sabit qalmağa davam etdiyi də xüsusi vurğulanır.

İşğaldan azad edilmiş ərazilərdə güc strukturlarının fəaliyyətinin bərpa edilməsi, onların texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər də öndə gələn vəzifələrdən biri olduğu qeyd olunur.

www.yenicag.az

218