Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycan öz qəti mövqeyini Rusiya rəhbərliyinə bildirməlidir” - Partiya sədri

Reklam: High Technic

“Son günlər Qarabağda baş verən proseslər cəmiyyətin narahatlığının əbəs olmadığını göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin üçtərəfli bəyanatın şərtlərini pozmasına münasibət bildirən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.

Arzuxan Əlizadə vurğulayıb ki, Azərbaycan suveren dövlət olaraq, sərhədləri çərçivəsində inzibati ərazi vahidlərini özü müəyyənləşdirməlidir:

“10 Noyabr bəyanatından sonra sülhməramlı adlandırılan Rusiya hərbi kontingentinin Qarabağın dağlıq hissəsində yerləşdirilməsi ilk gündən Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurmuşdu.

Bu narahatlıq açıq şəkildə nümayiş olunurdu. Çünki Rusiya hərbçilərinin Ukrayna, Gürcüstan və Moldovadakı varlığının nəticələri məlumdur. Azərbaycanda da bu gedişatın ola biləcəyi ehtimalını nəzərə aldıqda, cəmiyyətin narahatlığı başadüşülən idi.

Son günlər Qarabağda baş verən proseslər cəmiyyətin narahatlığının əbəs olmadığını göstərir. Azərbaycan suveren dövlət olaraq, sərhədləri çərçivəsində inzibati ərazi vahidlərini özü müəyyənləşdirməlidir. Rusiya sülhməramlılarının xəritədə hər hansı dəyişikliklərə əl atması, Qarabağın dağlıq hissəsindəki inzibati ərazi vahidlərini özlərinə və ermənilərə xoş gələcək şəkildə müəyyənləşdirməyə cəhd etməsi heç bir beynəlxalq normaya sığmır.

Eyni zamanda, bu addım Azərbaycanın suveren hüquqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan hökuməti bu vəziyyətlə bağlı konkret addımlar atmalıdır. Əks halda, mövcud gedişat mənfi fəsadlara səbəb olacaq.

Məsələ ilə bağlı Rusiya rəhbərliyinə narahatlıq və narazılıq bildirilməlidir. Buna son qoyulmasa, istənilən vaxt 3-5 erməni seperatçı ərazilərimizdə çaxnaşma yarada və nəticədə rus sülhməramlıları xəritədə yeni tərtibatlara əl ata bilərlər. Bu kimi hallara imkan vermək olmaz”.

Gülşən Şərif

www.yenicag.az

314