!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan pərakəndə sektorunda bir İLK - FOTO / VİDEO

!Reklam – Yazi

Dəyişərək inkişaf edən və sərfəli alış-verişin ünvanı olan “OBA” marketlər şəbəkəsi 30 sentyabrda Xətai rayonu, Xudu Məmmədov 2943/43 ünvanında yeni Həzi Aslanov 13 marketinin açılışını edib.

Yenicag.az xəbər verir ki, beləliklə, market sayını 1000-ə çatdıran “OBA” marketlər şəbəkəsi Azərbaycan pərakəndə satış sektorunda ən çox marketə sahib olan və ilk 1000-ci marketinin açılışını edən şəbəkə olub.

1000-ci marketin açılışı ilə əlaqədar olaraq marketdə min məhsula 50 % -dək endirim kampaniyasına start verilib. Endirim kampaniyası 3 gün davam edəcəkdir.

Qeyd edək ki, Azərbaycanın pərakəndə satış sektorunda aparıcı marketlər şəbəkəsindən biri olan “OBA Market” MMC 2021-ci ildə bir çox dəyişikliklər həyata keçirib. Şirkət son bir ildə müştəri məmnuniyyətini artırmaq məqsədilə mağazalarını genişləndirib, məhsul çeşidini artırıb, interyer və eksteryerində önəmli dəyişikliklər edib. Həmçinin mağaza sayını 1000-ə çatdıraraq müştərilərinə daha yaxın olmağa nail olub.

Milli dəyərləri qoruyaraq Azərbaycan xalqının yanında olan “OBA” marketlər şəbəkəsi 2021-ci ildə bir çox Korporativ Sosial Məsuliyyət tədbirləri həyata keçirib. Bundan başqa, “OBA” marketlər şəbəkəsi şəhid ailələrinə və Qarabağ qazilərinə yardım edib.

İl ərzində “OBA” marketlər şəbəkəsi müştərilərini də unutmayıb. Novruz bayramında, 28 may Respublika günündə, 1 iyun Beynəlxalq uşaqlar günündə, 15 sentyabr Bilik günündə və digər bayramlarda müştəriləri üçün maraqlı layihələr həyata keçirib.

Xatırladaq ki, “OBA Market” MMC öz fəaliyyətində hər zaman inkişaf etməyi, müştərilərinə yaxın olmağı və yüksək keyfiyyəti hədəf kimi qarşıya qoyub. Qənaətli alış-veriş və sərfəli qiymət təklif edən “OBA”nı seçən müştərilər həm vaxtlarına, həm məsafəyə, həm də ciblərinə qənaət edirlər.

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox mağazası və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

www.yenicag.az

775
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv