“Azərbaycan Rusiyanın diqtəsi altına keçmir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfərini dəyərləndirən politoloq Yusif Bağrırzadə deyib.
Yusif Bağrırzadə bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasubətlər bərabərhüquqludur.
“Bu, gözlənilən səfər idi. Elə təqdim edirlər ki, guya bu, qəfil səfərdir. Qətiyyən elə deyil. Uzun zaman idi ki, Putinin Azərbaycana səfər edəcəyi barədə məlumat var idi. Azərbaycanla Rusiya arasında işçi qrupu var. Bu bir çox sahələri əhatə edir”, – deyə o qeyd edib.
Polotoloqun sözlərinə görə, Azərbaycan postsovet ölkələri içərisində yeganə dövlətdir ki, Rusiya ilə bərabərhüquqlu münasibət qurub.
“Rusiya ilə 2022-ci ilin fevral ayının 22-də Moskva bəyannnaməsi imzalandı. Rusiya SSRi-nin varisidir. Rusiyanın imperiya siyasəti davam edir. Moskva bəyannnaməsi ilə Rusiya Azərbaycanı partniyoru kimi gördü. Bundan əvvəl Ermənistanla Rusiya arasında da müqavilə imzalanmışdı. Həmin protokollara baxsaq, görərik ki, o müqavilə bərabərhüquqlu deyil. O müqavilədən sonra Ermənistan Rusiyanın forpostuna çevrildi, Ermənistan iqtisadiyyatı Rusiyanın ixtiyarına keçdi. Həmin müqavilə Ermənistana divident gətirmədi. Ancaq Azərbaycanla bu yaşanmadı. Bəziləri təqdim edir ki, Azərbaycan Rusiyanın diqtəsi altına keçir. Bu belə deyil, Rusiya ilə Azərbaycan bərabərhüquqlu müttəfiqdir”, – deyə o bildirib.
Səxavət Məmməd
www.yenicag.az