Azərbaycan Premyer Liqasında XXX tur start götürür

media-hightechnic-468x90

Misli Premyer Liqasında XXX tura bu gün start veriləcək.

Yenicag.az-ın məlumatına görə, birinci oyun günündə iki matç keçiriləcək.

İlk olaraq “Sumqayıt” “Kəpəz”in qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 38 xalla yeddinci, Gəncə klubu 21 xalla onuncu pillədə qərarlaşıb.

Saat 18:30-da “Araz-Naxçıvan” və “İmişli” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Görüş Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq. Naxçıvan təmsilçisi 40 xalla altıncı, qonaqlar 29 xalla doqquzuncu sıradadır.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05