Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik etdi

Reklam: Sinerji Pro

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Türkmənistan əlaqələri qarşılıqlı hörmət, etimad və dəstək prinsipləri ilə səciyyələnir. İnanıram ki, dövlətlərarası münasibətlərimiz və əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə, hörmətli Qurbanqulu Məlikquliyeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

www.yenicag.az

1494
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100