Azərbaycan Qarabağ ermənilərinə nələr göndərdi - Çörək, gigiyenik vasitələr...

media-hightechnic-468x90

“20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcədə çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan FHN-nin xəttilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir: “Sentyabrın 22-də hər birini tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq”.

M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib: “Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq”.//Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05