Azərbaycan Rusiyaya sifariş verib

media-hightechnic-468x90

klllplAzərbaycan Rusiyaya T-90S döyüş tankları üçün simulyatorlar sifariş verib.

Bu barədə  Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzindən (TTM) bildirilib.

Ötən il sifariş verilmiş simulyatorlar TTM zirehli texnika tədris sinfində qurulacaq. T-90S tanklarını idarə edən heyət təlimlərin bir qismini bu simulyatorda keçdikdən sonra praktik olaraq döyüş maşınlarının idarəetməsinə cəlb olunacaqlar.

Simulyatorların cari il içində Azərbaycana çatdırılması və TTM-də qurulması planlaşdırılır. Artıq tədris zalında bu simulyatorlar üçün yerlər hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Rusiyaya 100-ə yaxın T-90S tankı sifariş verib. Ötən il Azərbaycana çatdırılmış bu tankların bir qismi sonuncu hərbi paradda və aprel ayında Naxçıvan Muxtar Respublikasında hərbi texnikaların təqdimatında nümayiş olunub(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa