Azərbaycan serialı Rusiyada paylaşım rekordu qırdı – FOTOLAR / VİDEO

“Xəzər” TV-də 5-ci mövsümə start verən “Ata ocağı” serialı Rusiyanın sosial mediasının gündəminə çevrilib.

Yenicag.az xəbər verir ki, serialın bir neçə kadrı sözügedən ölkənin ən böyük “Instagram” səhifələrində paylaşılıb.

Paylaşım qısa müddət ərzində izləmə rekordu qırıb. Azərbaycan serialının yüksək reytinqə malik olduğunu qeyd edən izləyicilər şərhlərdə fikirlərini bölüşüb.

Qeyd edək ki, rejissoru Rüfət Şahbazov olan serialda baş rolda Xalq artistləri Qurban İsmayılov, Həmidə Ömərova, digər rollarda Natavan Abbaslı, Rəşad Bəxtiyarov, Mənsurə Əhmədova, Aydan Ağayeva və başqaları rol alıb.

Ekran işinin ssenaristi Valeh Əhmədovdur.

Serial ötən illərdə Türkiyənin də sosial mediasında da paylaşılaraq, izləmə rekordu qazanmışdı.

Foto və videoları təqdim edirik:

Cəvahir