Azərbaycan tankçıları birinci oldular – Yenicag.Az

Reklam

Reklam

İyulun 28-də “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinə start verilib.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Beləliklə, yarışların ilk günü tank heyətlərimiz rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar.

Qeyd edək ki, bu il 23 ölkədən tank heyətləri “Tank biatlonu” müsabiqəsində iştirak edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 694
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."