!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan tərəfi bu işin öhdəsindən gəlməyi bacardı" - Əhməd İsmayılov

!Reklam – Yazi

“Hərbi əməliyyatlar zamanı ən vacib məqamlardan biri öz məlumat mənbələrini düşmən təsirindən qorumaq idi və Azərbaycan tərəfi bu işin öhdəsindən gəlməyi bacardı”.

Yenicag.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə medianın da fəaliyyətinə müsbət təsir edib:

“44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrin və medianın potensialından peşəkarcasına istifadə etməsi düşmənin ölkəmiz ətrafında informasiya vakumu yaratmasına imkan vermədi. Bu, hər bir Azərbaycan vətəndaşı üçün dəyərli nümunədir.

44 gün davam etmiş Vətən müharibəsi zamanı informasiyanın nə qədər böyük önəm daşıdığının bir daha şahidi olduq. 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatlar Ermənistanın kapitulyasiyası ilə başa çatdı və Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş əzəli torpaqlarımızı düşməndən azad etdi. İşğalçı üzərində qazanılmış Zəfər xalqımızın hərb tarixinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən biri kimi bizim və sonrakı nəsillərin iftixar mənbəyi olaraq qalacaq”.

Gülşən Şərif

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv