!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması çox müsbət ideyadır” – Keçmiş təhsil naziri / VİDEO

!Reklam – Yazi

“Azərbaycan bununla Türkiyənin təhsil təcrübəsindən yetərincə yararlana bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan-Türkiyə Univeristetinin yaradılması haqqında təkliflərə münasibət bildirən keçmiş təhsil naziri Firudun Cəlilov deyib.

Firudun Cəlilov belə bir layihənin həyata keçirilməsinin vacibliyini vurğulasa da, kadr seçimində ehtiyatlı davranmaq lazım olduğunu bildirib:

“Belə bir layihənin həyata keçirilməsi, Azərbaycan-Türkiyə Universitetinin yaradılması çox yaxşı olar. Bu, iki ölkə arasındakı münasibətlərə yeni bir qatqı verəcək.

Həm də Azərbaycanın bununla Türkiyənin təhsil təcrübəsindən daha effektli yararlanmasına zəmin yaradacaq.

Lakin belə bir layihənin gerçəkləşdirərkən, keçmiş Qafqaz Universitetinin təcrübəsini nəzərə alaraq, kadr seçimində çox ehtiyatlı davranmaqda fayda var. Çünki bu təhsil müəssisəsində vaxtilə fəaliyyət göstərən müəllimlərin əksəriyyətinin FETÖ terror şəbəkəsinə bağlılığı müəyyən edilmişdi. BUna görə də yaradılacaq ortaq universitetə kadrlar çox diqqətli seçilməlidir.

Univeristetin Türkiyə, yoxsa Azərbaycanda qurulacağı isə sonrakı məsələdir. Ancaq dediyim kimi, bu ideyanın həyata keçirilməsi çox yaxşı olardı”.

Aqil Bəkir

www.yenicag.az

970
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv