!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə DANIŞIQLARI: “İki hərbi baza yaradıla və Qars müqaviləsi genişləndirilə bilər”- GÖZLƏNTİ

!Reklam – Yazi

“Naxçıvanın təhlükəsizliyinin təminatı olan Qars müqaviləsinin bütövlükdə Azərbaycana da şamil edilməsi mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər Azərbaycan və Türkiyə yüksək vəzifəli şəxslərinin intensivləşən qarşılıqlı səfərləri zamanı aparılan müzakirələrin mümkün nəticələrini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, bu müzakirələrin yekununda iki mümkün qərarın qəbul edilməsi proqnozlaşdırılır:

“Qısa və ya uzun zaman çərçivəsində baş verəcəyini deyə bilməsəm də, burada iki nəticənin olacağını proqnozlaşdırıram: Birincisi, Türkiyənin Azərbaycanda ən azı iki hərbi bazası yaradılacaq; İkincisi, elə bir formada iş aparılmalıdır və ya aparılacaq ki, bu gün Naxçıvanın təhlükəsizliyinin təminatı olan “Qars” müqaviləsi bütövlükdə Azərbaycana da şamil olunacaq.

Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısı olaraq, orada hərbi baza saxladığı kimi, Türkiyənin də Azərbaycanda hərbi bazaları olmalı və Ankara Azərbaycanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış etməlidir. Məncə, danışıqların son nəticəsi bundan ibarət olmalıdır”.

Aqil Bəkir

www.yenicag.az

2092
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv