Azərbaycan Türkiyə Evindən SƏRT BƏYANAT: “İrandakı səfirliyimizin təhlükəsizliyinə məhz bu ölkə cavabdehlik daşıyır”

Azərbaycan-Türkiyə Evi Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı bəyanat verib.

Yenicag.az xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, iki nəfər isə yaralanıb. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Azərbaycan Respublikasının İrandakı səfirliyinin təhlükəsizliyinə məhz bu ölkə cavabdehlik daşıyır”.

“Azərbaycan-Türkiyə Evi olaraq baş vermiş hadisəni qətiyyətlə pisləyir, dövlətimizin qorunması yolunda şəhid olan soydaşımızın yaxınlarına dərin hüznlə başsağlığı veririk. İranın son vaxtlar Azərbaycana qarşı düşməncəsinə göstərdiyi mövqenin ardınca bu hücumu fars molla rejiminin dövlətimizə qarşı açıq terroru hesab edirik. İranın fars şovinizmi ilə zəhərlənmiş hökuməti buna görə cavab verməlidir. Din pərdəsi altında gizlənib ermənilərlə Azərbaycana qarşı ittifaqda olan Tehran unutmasın ki, o Təbrizin bir yumruğu ilə dağıla bilər”, – Azərbaycan-Türkiyə Evinin yaydığı bəyanatda deyilir.